Murad Dadaşov “Media savadlılığında QHT-lərin rolu” layihəsinin iştirakçıları ilə görüşdü – FOTOLARbackend

Murad Dadaşov “Media savadlılığında QHT-lərin rolu” layihəsinin iştirakçıları ilə görüşdü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin (İB) təşkilatçılığı ilə həyata keçirilən “Media savadlılığında QHT-lərin rolu” adlı layihəsi davam edir.
AZXEBER.COM xəbər verir ki, layihəsi çərçivəsində gənclər Xəzər Media Mərkəzində mediaturda iştirak ediblər. Layihə iştirakçıları Xəzər TV-nin çəkiliş studiyalarında, həmçinin Xəzər FM, Araz FM radiolarında iş prosesi ilə yaxından tanış olublar. Radioların fəaliyyəti haqda gənclərə geniş məlumat verilib.

 

Mediatur çərçivəsində Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov gənclərlə görüşüb, onları maraqlandıran suallara cavab verib.
Murad Dadaşov bu tip layihələrin əhəmiyyəti haqda danışıb: Sevindirici haldır ki, bu gün gənclər üçün belə imkanlar yaradılır. Biz də Xəzər Media Mərkəzi olaraq hər zaman qapılarımızı gənclərə açırıq. Bu gün yaradıcı, kreativ, yenilikçi gənclərə ehtiyacımız var. Bu gün media ən böyük silahdır, xarici dil bilən, dünyagörüşlü jurnalistlər formalaşdırmalıyıq. Sosial şəbəkələrdə yayılan “feyk nyus”ların, dezinformasiyaların qarşısını yalnız peşəkar jurnalistlər, fəal gənclər ala bilər. Bu baxımdan layihəni çox əhəmiyyətli hesab edirəm”.
Sonda Murad Dadaşov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, onlarla birlikdə xatirə fotosu çəkdirib.