Murad Dəstə Azərbaycandan mükafata layiq görüldübackend

Murad Dəstə Azərbaycandan mükafata layiq görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Medistanbul xəstəxanasının icraçı direktoru Murad Dəstə Azərbaycandan fəxri diploma layiq görülüb.

Diplomu icraçı direktora İstanbulda “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı təqdim edib.

Fərid Şahbazlı bildirib ki, Murad Dəstə fəxri diploma Vətən mübaribəsi dövründə və ondan sonrakı mərhələdə azərbaycanlı qazilərə göstərdiyi yüksək keyfiyyətli tibbi xidmətə, eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına verdiyi dəstəyə görə layiq görülüb.

Murad Dəstə çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafına bundan sonra da töhfə verməyə hazırdır.