Musa Qasımlı: “İlham Əliyev görkəmli dövlət xadimi və mahir diplomat olduğunu bütün dünyaya sübut etdi”backend

Musa Qasımlı: “İlham Əliyev görkəmli dövlət xadimi və mahir diplomat olduğunu bütün dünyaya sübut etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

’Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyada ‘’İlin siyasətçisi’’ seçilməsinin ciddi əsasları var. Bəlli həqiqətdir ki, 2020-ci il bütün dünya ölkələri və xalqları  COVİD-19 pandemiyası səbəbindən ağır böhran keçirdi.  Lakin İlham Əliyev böyük siyasətçi, dövlət xadimi və sərkərdə kimi təcavüzkar Ermənistanın işğalı altında torpaqları azad etməklə, Azərbaycan xalqı üçün daha uğurlu bir ilə çevirdi’’.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Millət  vəkili bildirib , ölkə daxilində pandemiyaya qarşı mübarizədə böyük vəsait xərcləndi,digər tərəfdən dünyanın bir sıra ölkələrinə yardım göstərildi və beynəlxalq təşkilatlara ianələr edildi: “ Eyni zamanda, böyük məsrəflərə başa gələn müharibədə torpaqlarımız azad edildi. Bütün bunların hamısını eyni vaxtda icra etmək mürəkkəb və çətin iş olsa da, Azərbaycan Respublikasının Prezidenti bütün bunlarından öhdəsindən ustalıqla gələrək, özünü dünyanın mahir diplomatı görkəmli dövlət və siyasi xadimi olaraq bir daha sübut etdi’’.

Musa Qasımlı qeyd edib ki, Qoşulmama hərəkatının sədri kimi də İlham Əliyev dünya miqyasında böyük işlər görməyi bacardı: “COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılmasına nail oldu. Həmin sessiyada möhtəşəm çıxış etdi. İlham Əliyev planetar təfəkkürü ilə ən mürəkkəb və çətin şəraitdən çıxış yollarını göstərməklə, dünyanın böyük dövlət və siyasi xadimlərindən biri olduğunu təsdiq etdi. Beləliklə, İlham Əliyevin  ‘’İlin siyasətçisi’’seçilməsi tamamilə təbiidir  və gerçəkliyi əks etdirir’’.

Gülnarə Abasova, Editor.az