ABŞ Ukrayna və Rusiyadan sülh təşəbbüslərinə müsbət cavab verməsə, vasitəçi qismində Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar prosesindən geri çəkiləcək.
“Clash Report” xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib. Eyni zamanda Vens Tramp administrasiyasının həm ukraynalılara, həm də ruslara “ədalətli təklif” etdiyinə aydınlıq gətirib.
“Biz (ABŞ-ın sülh planı ilə bağlı) müsbət cavab almasaq, Rusiya və Ukrayna arasında vasitəçilikdən imtina edəcəyik. Biz həm ruslara, həm də ukraynalılara aydın və ədalətli təklif etmişik”, – deyə Vens bildirib.
//Samir Qurbanov, Editor.az