Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı – Gəlin bizi də xilas edinbackend

Müsəlman ölkəsi Türkiyəni təcili köməyə çağırdı – Gəlin bizi də xilas edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda və Livandakı sünni-şiə gərginliyi ya sabitlik, ya da vətəndaş müharibəsinə səbəb olacaq.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Livanın “Gələcək Hərəkat” birliyinin rəhbəri Əhməd Həriri deyib.

O bildirib ki, İranın İraqdakı təsiri də Livanın inkişafına əngəl olan amillərdəndir:

“Yaşadığımız regionda problemlərin səbəbi İran olmuşdur. Sünni-şiə gərginliyindən uzaq olmalıyıq, əks-halda ölkələrimiz məhv olacaq. Livan digər tərəfdən də İranla bağlılığı olan Hizbullahla mübarizə aparır. Xüsusilə Livanın şimalı hər mənada təhlükədədir. Bu bölgəyə yardım etməsək, Mosulun İŞİD-in əlinə keçməsi kimi, Şimali Livanı da itirə bilərik”, – deyə Həriri bildirib.

O əlavə edib ki, regiondakı proseslərin həlli ilə bağlı Türkiyənin üzərinə böyük məsuliyyət düşür.