Müsəlmanları daşıyan qayıq batdı: 14 nəfər ölüb, 50 nəfər itkin düşübbackend

Müsəlmanları daşıyan qayıq batdı: 14 nəfər ölüb, 50 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftə sonu Myanma sahillərində müsəlmanları daşıyan qayıq batıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, batan qayıqda 90 nəfərə yaxın qaçqın Rohinca müsəlmanı olub. Axtarış-xilasetmə etmə tədbirləri zamanı 14 nəfərin meyidi tapılıb, 50 nəfərin isə hələ də itkin olduğu bildirilir.

Qayıqdan xilas edilən 20 nəfər polis tərəfindən saxlanılıb. Yerli medianın məlumatına görə batan şəxslər Rohicandan Malaziyaya getmək istəyiblər.

Qeyd edək ki, 2017-ci ildə Myanmada ordunun və buddist millətçilərin təzyiqi nəticəsində 730 mindən çox Rohinca müsəlmanı ölkədən qaçaraq Banqladeşə sığınıb.

//Nəzərbəy, Editor.az