Musiqi mədəniyyətimizdə erməni oğurluğu davam edir: Oğru xalqını növbəti “qurbanı” məşhur “Sənə qurban” mahnısı oldubackend

Musiqi mədəniyyətimizdə erməni oğurluğu davam edir: Oğru xalqını növbəti “qurbanı” məşhur “Sənə qurban” mahnısı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni ifaçılar məşhur “Sənə qurban” Azərbaycan mahnısını mənimsəyiblər.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycanın Əqli Mülkiyyət Agentliyi məlumat yayıb. Youtube-da “Garun” (“Bahar”) adlı mahnının mənimsənilməsi və yayılması ilə bağlı ekspertlər araşdırma aparır.
Mahnının musiqisi Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısından götürülüb. Əsər ilk dəfə 1968-ci ildə ifa olunub və Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilib. Bu mahnını sözləri Mikayıl Müşfiqə məxsusdur və ilk dəfə 1968-ci ildə Zeynəb Xanlarova tərəfindən ifa edilib”, – Azərbaycan Əqli Mülkiyyət Agentliyi bildiir. Agentlik bu mahnının 1978-ci ildə – o zamanlar Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan bölməsi adlanan Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçdiyini də vurğulayıb.

“Sonralar “Garun” (“Bahar”) adı ilə erməni müğənnilər Tiqran Asatryan, Spitakçi Hayko, İran-amerikan estrada müğənnisi Andranik Madadyan və başqaları tərəfindən ifa olunub. Bütün arxiv sənədlərində “Sənə qurban” mahnısının Azərbaycana məxsus olduğu göstərilir”, – ƏMA bildirib. Lakin “Garun” adı ilə “Youtube” kanalında yayımlanan musiqi əsəri ilə bağlı məlumatda bəstəkar Ələkbər Tağıyevin adı göstərilmir ki, bu da onun müəllif kimi şəxsi və əmlak hüquqlarını pozulması deməkdir. Agentliyin hesabatında qeyd olunur ki, bu fakt ayrı-ayrı ermənilərin musiqi və ədəbiyyat sahəsində uzun illərdən bəri davam edən plagiatçılıq kampaniyasının növbəti nümunəsidir.

//Samir Qurbanov, Editor.az