Musiqi müəlliməsi icra başçısına müavin TƏYİN OLUNDUbackend

Musiqi müəlliməsi icra başçısına müavin TƏYİN OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Editor.az  Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini təyin edilib.

Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki, vakantdır.

Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.

Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.

2000-2004-cü illərdə Şəki Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olub.

2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.