ABŞ-lı sahibkar Elon Musk ölkəsinin son vaxtlar gündəmdə olan immiqrant böhranı kontekstində dünyanın hər yerindən cinayətkarların sığınacağına çevrildiyini bildirib.
Editor.az xəbər verir ki, Musk əvvəllər ABŞ prezidenti Co Baydeni icazəsiz immiqrasiyaya göstərdiyi aktiv yardıma görə tənqid etsə də, onun sözlərinə görə, Bayden administrasiyası sərhədi qorumaq əvəzinə qeyri-qanuni mühacirlər üçün “qırmızı xalça” hazırlayır. Artan qanuni immiqrasiyanın tərəfdarı olan Musk immiqrasiyanın özünə qarşı olmadığını, əksinə kimlikləri araşdırılmayan bir çox insanın Amerikaya axınına qarşı olduğunu vurğuladı.
Qeyd edək ki, son aylarda ABŞ-da icazəsiz mühacirlərin sayında rekord rəqəmlər əldə edilib. Təkcə dekabr ayında ABŞ-a 300 mindən çox qeyri-qanuni immiqrantın keçdiyi təxmin edilir.
//Gülnarə Abasova, Editor.az

