Mustafa Abbasbəyli yüksək vəzifəyə təyin olunubbackend

Mustafa Abbasbəyli yüksək vəzifəyə təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli öz istəyi ilə vəzifəsindən ayrılıb.

İnterpress.az-ın xəbərinə görə, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.

Qeyd edək ki, Mustafa Abbasbəyli qısa zamanda Dövlət Məşğulluq Agentliyində ciddi islahatlar aparan, Agentliyin nüfuzunu karrupsiya və rüşvətxorluğu kökündən kəsərək yüksəklərə qaldıran və kollektivin sevimlisinə çevirilən rəhbər kimi tanınır.