“Müstəqilliyə aparan yol – Azərbaycan-Gürcüstan” adlı müsabiqənin qalibləri mükafatlandırılıbbackend

“Müstəqilliyə aparan yol – Azərbaycan-Gürcüstan” adlı müsabiqənin qalibləri mükafatlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri mövzusunda elan etdiyi “Müstəqilliyə aparan yol – Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.

İnterpress.az xəbər verir ki, diplomatik nümayəndəlikdə müsabiqə qaliblərinin təltif olunma mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müsabiqədə iştirak edənlərə təşəkkür edib. O, hər iki dövlətin müstəqilliyi yolunda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən danışıb: “Hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaradıb. Şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir”.

Mərasimdə iştirak edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili öz növbəsində müsabiqənin təşkilinə görə Azərbaycan səfirliyinə minnətdarlıq edib. Onun sözlərinə görə, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər və həmin qəhrəmanların xatirələri əziz tutulmalı və yaşadılmalıdır.

Müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunub. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən işlərə görə isə sertifikatlar verilib.

Loading...