Müştəri dönər bıçağı ilə dönərçini yaraladıbackend

Müştəri dönər bıçağı ilə dönərçini yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Türkiyədə, Samsunun İlkadım rayonunda baş verib. Məlumata görə, müştəri ilə dönərçi arasında dava düşüb.

Editor.az xəbər verir ki, kafeyə gələn müştəri dönər bıçağı ilə dönərçini sol əlindən və sol qarın boşluğundan yaralayıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Cinayəti törədən şəxs, polis tərəfindən tutularaq Qazi Polis İdarəsinə təhvil verilib. Dönərçi ona xəsarət yetirən şəxsin, ondan pul istədiyini və mübahisə zəminində əlbəyaxa dava olduğunu iddia edib.
Qarşı tərəf isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Hadisəni törədən şəxs bu gün Samsun Ədliyyəsinə sövq edilib və məhkəmənin qərarı ilə həbs edilib.

//Samir Qurbanov, Editor.az