Dönərxana sahibinin bıçaqlanma anı kameraya düşüb.
Dönərxanaya gələn müştərinin restoranın sahibi olan qadını bıçaqlaması məkana quraşdırılan təhlükəsizlik kamerasına düşüb.
Olay Türkiyənin Tekirdağ vilayətində baş verib. 36 yaşlı Recep Ö. Tekirdağın Kapaklı qəsəbəsində yerləşən restorana gələrək endirim olunmasını xahiş edib.
Dönərxananın 39 yaşlı sahibi Kader B. adlı qadın onun xahişini rədd edib. Bu zaman müştəri qadını bıçaqlayaraq ağır yaralayıb.
Qadın dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
//Milli.az

