Müştərilərin ən çox narazı olduğu banklar – “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonadabackend

Müştərilərin ən çox narazı olduğu banklar – “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib. Mart ayında bu rəqəm 3,88 olub. Tribunainfo.az  bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Ən çox şikayət edilən banklar siyahısında ikinci olan “Bank of Baku”nun indeksi 5,03-dən 4,94-ə enib. “Yapı Kredi Bank Azərbaycan”dan ötən şikayətlər kəskin artıb. Bankın şikayət indeksi 2,46-dan 4,79-a yüksəlib. Son bir ayda şikayətlərin kəskin artdığı digər bank “AFB Bank” olub. Bank 3,06 indeksi ilə qırmızı zonaya düşüb.

“Accessbank”ın şikayət indeksi 2,53-dən 2,98-ə kimi artıb. Qırmızı zonaya düşən sonuncu bank isə 2,48 indeksi ilə “Yelo Bank” olub. Mart ayında bu rəqəm 1,41 olub. Digər banklar üzrə göstəricilər şikayət indeksi orta və aşağı səviyyədə hesab edilir. Tam siyahı isə belədir: