Həyəcan təbili: “Uşaqlarınızı “McDonalds”dan uzaq tutun”– ŞOK SƏBƏBLƏRbackend

Həyəcan təbili: “Uşaqlarınızı “McDonalds”dan uzaq tutun”– ŞOK SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ac adamın tez yemək yemə istəyi onu istər-istəməz “fast-food” yeməklərini seçməyə məcbur edir. Belə məqamda da ən çox üz tutulan yer “McDonalds” kimi şəbəkə restoranları olur. Bu qidalar isə qarnımızı doyursa da, orqanizmimizi zamanla sıradan çıxarır. Uşaqlarda isə belə zərərli qidalara asılılıq, sağalmaz ürək-damar, mədə-bağırsaq problemi yaradır.

Tribunainfo.az-a danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, “McDonalds” və bu kimi tez hazır olan yeməklərin hazırlandığı şəbəkələrin təqdim etdiyi qidalar birmənalı olaraq ən zərərli, arzuedilməyən və tövsiyyə olunmayan qidalar hesab olunur.


“Azad İstehlakçılar İctimai Birliyi Dünya İstehlakçı Təşkilatının 1998-ci ildən üzvüdür. Üç ildən bir dünyanın 123 ölkəsi bu təşkilat altında müxtəlif ölkələrdə toplanır, müzakirələr aparırıq, qərarlar qəbul edirik. İllərdir keçirilən çoxsaylı toplantılarda birmənalı şəkildə “McDonalds”şəbəkəsi, ona bənzər digər “fast-food” şəbəkələri, “KFC” və bu kimi şəbəkələr istehlakçı təşkilatlar arasında yararsız, arzuedilməyən, ən zərərli qidalar kimi tövsiyə olunur. Dünyada bunların məhdudlaşdırılması üçün ictimai təşkilatların iş aparması tövsiyə olunur. Ancaq mübarizə aparmaq mümkün olmur”, – deyə E.Hüseynov vurğulayıb.


Mütəxəssisin fikrincə, bu qidaların orqanizmə zərərləri sadalamaqla bitməz: “Mənşəyi məlum olmayan yağlardan tutmuş, mənşəyi məlum olmayan ət məhsullarından istifadə edilən bu cür yerlərdə heç bir adi qaydalar gözlənilmir. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, xüsusilə “McDonalds” hansı ölkədə şəbəkə açırsa o ölkənin böyük vergi ödəyicisinə çevrilir. Ona görə də bu şəbəkə ilə heç cür mübarizə aparmaq mümkün olmur. Dünyada insan sağlamlığı üçün zərərli olan nə varsa bu şəbəkələrdə mövcuddur. Mən “McDonalds”ın mətbəxində olmuşam və orada qidaların hazırlanma qaydası ilə tanış olmuşam. Orada istifadə edilən ətlərin heç bir halda ət olduğunu müəyyən edə bilməzsiniz.
Hətta o ət olsa belə o qədər təsirə məruz qalıb ki, o artıq insan orqanizmi üçün zəhərə çevrilmiş olur. Takta şəklində olan ət aparatın içinə qoyulmaqla bir neçə saniyəyə hazır vəziyyətə gəlir. Ət heç bir halda o tezlikdə bişə bilməz. Bu ətlərin böyük əksəriyyəri süni ətdir, yerli ət deyil. “McDonalds” əgər bu qədər gözəl işləyirsə, o zaman buyursun yerli ətdən istifadə etsin”.
E.Hüseynov bildirib ki, bu gün belə şəbəkələrin reklamlarının təsirinə ən çox uşaqlar düşür: “Biz uşaqları belə qidalardan uzaq tutmağa çalışsaq da, tam mümkün olmur. Uşaq orqanizmi üçün tamamilə zərərli olan bu qidalar azyaşləlarda asılılıq yaradır, müəyyən xəstəliklərin başlanğıcını qoyur”.


Pediatr Altay Abdullaoğlu bildirib ki, bu tip qidalar uşaqlarda artıq çəki problemi və qısaboyluq yaradır: “Bu cür qidalar süni kökəlmə yaradır. Daha sonra qarşısını almaq olmur. Həmçinin boy inkişafını da ləngidir. Belə qidaların aludəçisinə çevrilən uşaqlarda aqressivlik, asılılıq yaranır. Həmçinin qurd xəstəlikləri müşahidə oluna bilir. Mümkün qədər uşaqları belə qidalardan uzaq tutmaq lazımdır”.

//Tribunainfo.az