Mütəxəssislərin proqnozlarına baxmayaraq İngiltərədə inflyasiya yavaşlayıbbackend

Mütəxəssislərin proqnozlarına baxmayaraq İngiltərədə inflyasiya yavaşlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Statistika Bürosunun məlumatına görə, 2022-ci ilin avqustunda ölkədə illik inflyasiya əvvəlki aydakı 6,8%-dən 6,7%-ə enib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, analitiklər artımın 7 faizə yüksələcəyini proqnozlaşdırırlar. Aylıq qiymət artımı təxmin edilən 0,7% ilə müqayisədə 0,3% təşkil edib. İllik dinamikanın azalmasına ən çox təsir edən ərzaq məhsulları qiymətlərində artım 13,6%-ə qədər səngiyib.

Mənzil xərclərini nəzərə alan CPI indeksinə görə, inflyasiya iyulda 6,4%-dən sonra illik bazda 6,3% olub. Dəyişən komponentlər nəzərə alınmadan baza inflyasiyası da 6,9%-dən 6,2%-ə qədər azalıb.

DailyFX portalına müsahibə verən ekspertlər qiymət artımının yavaşlamasını ötən ilki baza proqnozunun artması ilə əlaqələndirirlər. Onlar inflyasiyanın yaxın aylarda daha da düşəcəyini gözləyirlər, lakin tənzimləyici orqan sərt pul siyasətini davam etdirir.

Qeyd edək ki, bu məlumatlar əksər analitiklər üçün sürpriz oldu. İyul ayında İngiltərənin inflyasiya və istilik tariflərinin artması səbəbindən çətin qış keçirəcəyi proqnozlaşdırılırdı.

//Gülnarə Abasova, Editor.az