Müvəqqəti atəşkəsdən sonra İsrail yeni qüvvə ilə döyüşləri davam etdirəcək – İsrailin müdafiə naziri Yoav Qalantbackend

Müvəqqəti atəşkəsdən sonra İsrail yeni qüvvə ilə döyüşləri davam etdirəcək – İsrailin müdafiə naziri Yoav Qalant

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu atəşkəs başa çatdıqdan sonra Qəzza zolağının hər yerində böyük qüvvə ilə döyüşləei davam etdirəcək.

Editor.az bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.“İndi bir neçə gününüz var, biz döyüş əməliyyatlarına qayıdacayıq, eyni və daha çox qüvvələrdən istifadə edəcəyik. Unutmayın ki, siz təşkil olunarkən, istirahət edərkən və vəziyyəti öyrənərkən düşmən də eyni şeyi edir.

Yəni daha hazırlıqlı biri ilə görüşəcəksən”, – deyə cənab Qalant piyada briqadasının və zirehli korpusun əsgərləri ilə görüşdə bildirib. Nazir atəşkəs başa çatdıqdan sonra İsrail ordusunun HƏMAS hərəkatını İsrail hava qüvvələrinin bombaları, tank və artilleriya mərmiləri, D9 hərbi buldozerləri və nəhayət piyadaların atəşi ilə qarşılayacağını bildirib. Xatırladaq ki, noyabrın 22-də İsrail və HƏMAS müvəqqəti atəşkəs və girovların əsirlərlə dəyişdirilməsi barədə razılığa gəliblər.

//Samir Qurbanov, Editor.az