Müxalifət liderindən şok iddia: Rusiya Belarusa hücum edəcək…backend

Müxalifət liderindən şok iddia: Rusiya Belarusa hücum edəcək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenkonun ruslaşdırma siyasətini qənaətbəxş hesab etmədiyi üçün bu ölkəyə qoşun yeridə bilər.

Editor.az xəbər verir ki, bu barədə Milli telemarafonun efirində belaruslu fəal və müxalifət lideri Svetlana Tixanovskayanın müşaviri Franak Vyaçorka bildirib. Onun sözlərinə görə, əsində Rusiya artıq Belarusu işğal edib və belarusların iradəsinə, Belarus konstitusiyasına zidd olaraq ölkəyə qoşun yeridib. Fəal əlavə edib ki, Rusiya prezidenti Lukaşenkonu Belarusdakı vəziyyətə nəzarət etməyə qadir ən sadiq adam hesab etdiyindən, onu qoruyur. Lakin Putin Lukaşenkonun ruslaşdırma siyasətini həyata kifayət etmədiyini, bunun üçün şəhərlərə girib onları gülləbaran etməli olduğunuanlasa, mütləq bunu edəcək. Biz Ukrayna nümunəsində görürük ki, o, dayanmaq istəmir. Hələlik isə, o, istədiklərinə Lukaşenkonun əli ilə çatmağa çalışacaq”, – Vyaçorka deyib.

  Editor.az