“Ermənistanda etirazların miqyası getdikcə genişlənir və bu, müxalifətinin müharibədən sonra Paşinyan iqtidarına qarşı ilk genişmiqyaslı aksiyalar silsiləsidir. Hətta 10 noyabr üçtərəfli bəyanatın imzalasından sonra belə başlanan aksiyalar bu qədər uzunmüddətli olmayıb. Görünür erməni müxalifəti artıq Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün gücünü ortaya qoyub”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Politoloqun sözlərinə görə, İrəvandakı aksiyalar Rusiyadaxili qüvvələr, Qərb dairələri tərəfindən dəstəklənə bilər:
” Azərbaycan isə Ermənistandakı qarışıq vəziyyətdən maksimum istifadə etməlidir. Çünki bu aksiyaların uzunmüddətli olması və qarşıdurmaların böyüməsi hətta Paşinyan iqtidarının devrilməsi Azərbaycanın maraqlarına cavab verir. Ermənistanda vəziyyət qarışsa Azərbaycanın əlinə mübahisəli məsələləri yenidən güc yolu ilə həll etmək üçün fürsət düşəcək. Azərbaycan gərək ermənilər ağıllanana qədər “dəmir yumruğ”u başlarından əskik etməsin.Ermənilərin ən radikalları belə ancaq bu zaman etiraz etdikləri problemləri başa düşəcək”.
//Gülnarə Abasova, Editor.az

