Müxalifətçi avtomobilindən zorla çıxarılıb həbs edildi – VİDEObackend

Müxalifətçi avtomobilindən zorla çıxarılıb həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müxalif “Vətən” Partiyasının üzvü David Baqdasaryan Yerevanda saxlanılıb.

Pravda.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Partiyanın mətbuat katibi Sos Akopyan feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, müxalifətçini avtomobil yarışı bitdikdən sonra qanunsuz olaraq saxlayıblar. Yarış iştirakçıları Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlərmiş.

Akopyanın paylaşdığı insident videosundan aydın görünür ki, hüquq-mühafizə orqanları əməkdaşları Baqdasaryanı avtomobilindən zorla çıxarıb və polis maşınına əyləşdiriblər. Müxalifətçi müqaviət göstərirdi və Paşinyana qarşı şüarlar səsləndirirdi.

Loading...