“Qarabağın öz müqəddəratını təyinetmə hüququnu” tanımaqdan imtina Ermənistanda cinayət kimi qiymətləndirilməyəcək.
Editor.az bildirir ki, bu barədə Ermənistan KİV-i xəbər verir. Müxalifət nümayəndələri tərəfindən təqdim ediblər qanun layihəsi parlamentin dövlət quruculuğu komissiyası tərəfindən rədd edilib.
Komissiya üzvlərinin əksəriyyəti yeni layihəni dəstəkləməyiblər – yekun balans səkkizə qarşı üç olub. Qeyd edək ki, təklif hakim “Vətəndaş müqaviləsi” – Nikol Paşinyanın partiyasının üzvləri tərəfindən rədd edilib. Qanun layihəsinin əleyhdarları izah ediblər ki, onun qüvvəyə minməsi Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara mane olacaq.
//Samir Qurbanov, Editor.az

