Muzdlu işçilərə 246 milyon manat maliyyə dəstəyi göstərilibbackend

Muzdlu işçilərə 246 milyon manat maliyyə dəstəyi göstərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdəki muzdlu işçilərə 246 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Vergi Xidməti rəhbərinin vəzifələrini icra edən Orxan Nəzərli “Post-pandemiya dövründə vergi sistemi” adlı konfransda deyib.

O bildirib ki, pandemiya dövründə özəl mikrosahibkarlara maliyyə dəstəyi 112,2 milyon manat təşkil edib:

“Sahibkarlara dəstək göstərilməsi maliyyə itkilərinin azalmasına, maliyyə vəziyyətinin yaxşılaşmasına, iş yerlərinin saxlanmasına yönəlib. Əmək haqlarının müəyyən hissəsinin ödənilməsinin birinci mərhələsi çərçivəsində 217,5 min muzdlu işçiyə, 2 mərhələdə 243,3 min muzdlu işçiyə, üçüncü mərhələdə 10 rayon üzrə 9,3 min muzdlu işçiyə, 4-cü mərhələdə 174,3 min muzdlu işçiyə maliyyə dəstəyi göstərilib”.