Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb. Bu barədə Çinin “Sinxua” agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Daha 4715 nəfər yaralanıb, 341 nəfər itkin düşüb.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri ölkənin 1,5 milyon əhalisi olan ikinci ən böyük şəhəri Mandalaydan 17 km aralıda olub. Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda hiss olunub. BMT-nin məlumatına görə, 3 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
//Samir Qurbanov, Editor.az