Myanmanın devrilmiş prezidenti naməlum yerə aparılıbbackend

Myanmanın devrilmiş prezidenti naməlum yerə aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çevriliş zamanı hərbçilər tərəfindən həbs edilmiş Myanma Prezidenti Vin Myin prezident sarayından başqa binaya aparılıb, devrilmiş dövlət başçısının yeri məlum deyil.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Demokratiya Uğrunda Milli Liqa” (NLD) Partiyasının ictimaiyyətlə əlaqələr komitəsinin rəhbəri U Çji To bildirib.

“Prezident ailəsi ilə birlikdə prezident iqamətgahından başqa bir evə köçürülüb”, – o, feysbukda yazıb.

Digər paylaşımında o bildirib ki, dövlət katibi (faktiki Myanmanın Baş naziri) Aun San Su Çji sağ-salamatdır və əvvəlki kimi ölkənin paytaxtı Neypyido şəhərindəki iqamətgahında dustaq kimi saxlanılır.