Naci Görürdən zəlzələ xəbərdarlığı: 7 bal və daha güclü…backend

Naci Görürdən zəlzələ xəbərdarlığı: 7 bal və daha güclü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür “Türkiyənin hər yerində səhər yuxudan duranda 7 və daha çox bal gücündə zəlzələ ola bilər” deyə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Türkiyənin zəlzələlərdən xilas ola bilməyəcəyinə işarə edən alim, yeraltı təkanlara davamlı yaşayış sahələrinin yaradılmasının vacibliyini vurğulayıb:

“Hər zəlzələdə bir gecədə 80-90 min insanı dəfn edə bilmərik. Bu bizə yaraşmır. Səhər oyananda Türkiyənin hər yerində 7 bal və ya daha böyük gücdə zəlzələ ola bilər. Bu da böyük fəlakətlərə səbəb olur. İtkilərimiz çoxdur. Tükiyədə 5 baldan yuxarı zəlzələlər ölümə səbəb olur. Bunu həll etməliyik”.