“Nadzor”u güllələyənə 2 maddə ilə cinayət işi açıldı – Axtarılırbackend

“Nadzor”u güllələyənə 2 maddə ilə cinayət işi açıldı – Axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baş Prokurorluq Ədliyyə Nazirliyinin “nadzor”unun güllələnməsi ilə bağlı açıqlama verib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Editor.az-a verilən məlumata görə, faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçisi 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.