Naibə Allahverdiyeva ikinci həyat yoldaşından ayrıldıbackend

Naibə Allahverdiyeva ikinci həyat yoldaşından ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Naibə Allahverdiyeva ikinci həyat yoldaşından ayrılıb.

Editor.az xəbər verir ki, bu barədə o, “Günün sədası” proqramına müsahibəsində deyib. Aktrisa xoşbəxt qadın olmadığını etiraf edib:

“Həyat yoldaşı öz qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. Mən onu əvvəlki kimi sevmirəm. Sevgini qazanmaq lazım idi, itirmək yox”.

Qeyd edək ki, N.Allahverdiyeva ikinci dəfə 2016-cı ilin dekabrında ailə həyatı qurmuşdu. Aktrisanın birinci nikahından Məryəm adlı qızı var.