Nailə İsmayılova :Son zamanlar boşanmaların sayının artdığını nəzərə alsaq Aliment Fondunun yaradılmasına çox böyük ehtiyac varbackend

Nailə İsmayılova :Son zamanlar boşanmaların sayının artdığını nəzərə alsaq Aliment Fondunun yaradılmasına çox böyük ehtiyac var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar boşanmaların sayının artdığını nəzərə alsaq indiki halda Aliment Fondunun yaradılmasına çox böyük ehtiyac var”.

Bu sözləri “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Editor.az -a açıqlamasında deyib.

Bildiyiniz kimi, boşanan cütlüklərin arasında yaranan münaqişələrin kökündə əsasən məhkəmə qətnamələrində uşaqlara görə ayrılan alimentlərin ödənişiylə bağlı qərarın ya vaxtında icra olunmamasıdır, ya da tərəfin məsələyə məsuliyyətsiz münasibət göstərməsidir. Aliment ödəyəcək tərəf elə başa düşür ki, bu digər tərəfin şəxsi ehtiyacları üçün ayrılmış məbləğdir. Lakin hər iki tərəf anlamalıdır ki, bu vəsait sırf uşaqların ehtiyaclarının ödənilməsi üçün qanunvericilik əsasında müəyyən olunur. Aliment ödənişinin vaxtında icra olunmaması nəticəsin bir sıra neqativ hallar baş verir. Belə ki, uşaqların məktəbli ehtiyacları ödənilmədiyindən uşaqlar məktəbdən kənarda qalırlar, ya da uşaqlarla tək qalan ana ehtiyac üzündən uzunmüddətli iş rajimində olurlar, uşaqlar nəzarətdən kənarda qalaraq ananın xəbəri olmadan küçə uşaqlarına çevrilirlər, bu da onların kriminallığa meylinin artmasına zəmin yaradır. Son zamanlar yuxarıda qeyd etdiyim və digər səbəblərdən irəli gələrək mediada və sosial şəbəkələrdə tez-tez müzakirə mövzusu olan Aliment Fondu yaradılarsa, həm himayəsində azyaşlı uşaqlar olan analar rahat işləyə bilərlər və eyni zamanda uşaqların sosial ehtiyacları vaxtlı-vaxtında ödənmiş olar ki, bu da onların həyat şəraitinə müsbət təsir edər.

Təbii ki, dövlətin həyata keçirdiyi həm daxili və həm dəxarici siyasət vətəndaşlarımızın mənafeyinə xidmət edir. Daxili siyasətin tərkib hissələrindən biri də məhz vətəndaşlarımızın rifahının və həyat şəraitinin yaxşılaşdılmasına xidmət edən sosial siyasətdir. Son zamanlar boşanmaların sayının artdığını nəzərə alsaq, indiki halda Aliment Fondunun yaradılmasına çox böyük ehtiyac var. Bu Fondun yaradılmasını yuxarıda qeyd olunan neqativ halların aradan qaldırılması üçün dövlətin həyata keçirdiyi vacib sosial islahatın tərkib hissəsi də hesab etmək olar.

Artıq mən sözümün əvvəlində aliment ödənişinin ləng icrası və ya alimentdən “imtina” halının baş verməsi əsasən uşaqların təhsil almasına mənfi təsir göstərir. Uşaqların təhsildən kənarda qalması onların gələcək həyatlarının təminarlarına böyük zərbə vurmuş olur. Axı uşaq bir fərddir. Onlar təhsil almadıqda gələcəkdə ali təhsil almaqdan, eyni zamanda peşə seçimindən məhrum olurlar. Bu da o deməkdir ki, artıq uşaq özünü şəxsiyyət kimi formalaşdıra və inkişaf etdirə bilmir. Axı UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

Doğrudur, sovet dönəmində “uşaq pulu” deyilən bir məfhum vardır. Bu da o zamankı sosial siyasətin uşaqlarla bağlı tərkib hissəsi idi. Artıq biz başqa ictimai formasiyasada yaşayırıq, təklif və tələblər də başqadır. Düşünürəm ki, bəlkə də gələcəkdə tələbə uyğun olaraq uşaq pulu deyil, uşaqların mənafeyini müdafiə edən bağlı fərqli bir siyasət həyata keçiriləcək. Amma günümüzün tələblərini nəzərə alsaq, bu gün Aliment Fondunun yaradılması daha aktual və vacibdir. Bu, natamam ailələrin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir.

Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.