Noyabrın 25-i səhər saatlarında Moldova səmasında altı dron aşkar edilib. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, dronlar ölkənin hava məkanını qanunsuz keçib və onların mənşəyi müəyyən edilə bilməyib.
Moldova Müdafiə Nazirliyinin dəqiqləşdirdiyinə görə, dronlar Kahul, Orhei, Donduseni və Floresti rayonlarında, eləcə də Vadul-lui Voda və Bender şəhərlərinin yaxınlığında görünüb. Həmin ərazilərdə araşdırma aparılır. İndiyə qədər mülki təhlükəsizliyi təhdid edən heç bir obyekt tapılmayıb.
Moldova polisinin mətbuat xidmətinin məlumatına görə, dronlardan biri ölkənin cənub hissəsindəki Vinogradovca – Vulcanesti istiqamətində aşkar edilib. İddialara görə, o, Rumıniyaya doğru gedib. Rumıniyaya hava məkanının mümkün pozulması barədə dərhal məlumat verilib.
//Samir Qurbanov, Editor.az

