“Naməlum” dronlar yenidən Moskvanı vurdu: Hava limanlarının fəaliyyəti dayandırıldıbackend

“Naməlum” dronlar yenidən Moskvanı vurdu: Hava limanlarının fəaliyyəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum pilotsuz təyyarələr Moskvaya hücum edib. Yerli sakinlər partlayışlar barədə məlumat verirlər.

Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin gediş-gəlişinə məhdudiyyətlər tətbiq edilib.

Aviasiya xidmətlərinin bildirdiyinə görə, Moskvanın bütün hava limanları uçuşlar və enişlər üçün bağlanıb. Buna səbəb Moskva və Moskva vilayətində PUA-ların hücum cəhdidir.

Editor.az “Şhot” kanalına istinadən xəbər verir ki, bundan əvvəl Moskvanın Stroqino və Pokrovskoye-Streşnevo rayonlarında, həmçinin Strogino və Krasnoqorskda partlayış səsləri eşidilib.

Moskva meri Sobyanin Moskva bölgəsinə hücum etdiyi iddia edilən iki PUA-dan danışıb. Onun sözlərinə görə, biri Krasnoqorskda, digəri isə Moskva vilayətinin Çatsı kəndi yaxınlığında düşüb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi dörd PUA ilə Rusiya Federasiyasının obyektlərə hücum cəhdi barədə məlumat verib.

Nazirlik iddia edir ki, iki pilotsuz uçan aparat Moskva vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, daha iki pilotsuz təyyarə isə Bryansk vilayəti üzərində sıxışdırılaraq məhv edilib.

İtkilərin olmadığını bildirilir. “Shot” xəbər verir ki, partlayış dalğası Krasnoqorskda çoxmərtəbəli binaya ciddi ziyan vurub.

//Samir Qurbanov, Editor.az