Naməlum şəxs avtomobili ilə Ağ evə hücum etdibackend

Naməlum şəxs avtomobili ilə Ağ evə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naməlum şəxs avtomobili ilə Vaşinqtonda Ağ Ev kompleksinin hasarına çırpılıb.

Ediior.az xəbər verir ki, bu barədə yüksək vəzifəli şəxslərin mühafizəsinə cavabdeh olan ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Quqlielmi bildirib.

Artıq avtomobilin sürücüsü saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil. “Az müddət əvvəl saat 18:00-da avtomobil Ağ Ev kompleksinin çöl darvazasına çırpılıb”, – Entoni Quqlielmi X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Sürücü nəzarətə götürülüb, biz qəzanın səbəblərini və şəraitini araşdırırıq”, – deyə xidmət nümayəndəsi əlavə edib. NBC telekanalının yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları avtomobildə axtarış aparır.

//Samir Qurbanov, Editor.az