Naməlum şəxs içərisində 3 nəfərin olduğu avtomobili atəşə tutubbackend

Naməlum şəxs içərisində 3 nəfərin olduğu avtomobili atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hazırda bir ölüm, daha iki nəfərin yaralandığı məlumdur.

Cinayətdən sonra qatil səsboğucu tapançanı ataraq qaçıb. “Dəmirörən” agentliyi qeyd edir ki, hadisə nəticəsində sürücü ölüb. Dostu ağır yaralanıb, mühafizəçisi isə ayağından güllə yarası alıb.

İlkin məlumata görə, epizod şəhərin şimal hissəsində yerləşən Kağıthane rayonunda baş verib. Hücumda dəqiq neçə nəfərin iştirak etdiyi barədə hələlik dəqiq məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az