Namiq Mehdiyev vəzifəsindən azad edildibackend

Namiq Mehdiyev vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən Editor.az -a verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.