“Xəzər” TV artıq indidən yeni mövsüm hazırlıqlarına başlayıb. Kanalın direktoru Murad Dadaşov digər kanalların bir çox tanınmış simalarını da kanala transfer etmək üçün çalışmalara başlayıb.
Editor.az Yenisabah.az-a istinadən xəbər verir ki, belə görüşlərdən biri də ATV kanalının tanınmış aparıcısı Nanə Ağamalıyeva ilə olub.
Məlumata görə, artıq tərəflər arasında ilkin razılaşma əldə olunub.

