“Napoli” 3-cü pilləyə yüksəlib, Kvaratsxeliya ən uğurlu debütantdırbackend

“Napoli” 3-cü pilləyə yüksəlib, Kvaratsxeliya ən uğurlu debütantdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Napoli” İtaliya A Seriyasının tarixində ən yaxşı üçüncü nəticəyə imza atıb.

“Report”un məlumatına görə, Neapol təmsilçisi buna ilk 22 turda 59 xal qazanmaqla nail olub.

Luçano Spalettinin baş məşqçisi olduğu komanda bu göstəricidə yalnız “İnter” (2006/2007, 60 xal) və “Yuventus”dan (2018/2019, 60 xal) geri qalır.

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın “Top-5” liqasında göstəricilərinə görə ən uğurlu debütantdır. Gürcüstanlı vinger A seriyasında keçirdiyi 18 matçda doqquz qol vurub, doqquz məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Napoli” son turda “Kremoneze”ni darmadağın edib – 3:0. Komanda cari mövsüm ölkə çempionatında yalnız “İnter”ə uduzub, “Fiorentina” və “Leççe” ilə heç-heçə edib.