Naqif Həmzəyev: “Ulu Öndər Heydər Əliyev Gəncədə qardaş qırğınının qarşısını aldı”backend

Naqif Həmzəyev: “Ulu Öndər Heydər Əliyev Gəncədə qardaş qırğınının qarşısını aldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, dövrü kimi xatırlanır. 1993- cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi” .

Bu sözləri Editor.az- açıqlamasında Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Gəncə şəhərində baş vermiş 1993-cü il hadisələri ölkədə hərc-mərcliyin kuliminasiya nöqtəsi oldu:

Azərbaycanın xalqı öz xilaskarı kimi yalnız ulu öndər Heydər Əliyevi görürdü. Heydər Əliyev hakimiyyəti qəbul etmədən öncə Gəncə şəhərinə getmək, orada baş vermiş prosesləri öz gözləri ilə görmək istədi. Həmin dövrdə dövlət rəsmiləri Gəncəyə səfər etməyə çəkinirdilər. Lakin Ulu öndər heç bir mühafizə xidmətindən istifadə etmədən yalnız bir neçə jurnalistin müşayəti ilə Gəncəyə üz tutdu. O, Gəncədə qardaş qırğınının qarşısını aldı, prosesləri yaxından izlədi və xalqa arxalanaraq bu yoldan üz döndərmədi. Gəncədən qayıtdıqdan sonra isə o, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi”.

Naqif Həmzəyevin sözlərinə görə, Ulu öndər Heydər Əliyev 2ci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanı dağılmaqdan, müstəqilliyini itirməkdən xilas etdi:

“Məhz buna görə 1997-ci ildən 15 iyun milli qurtuluş kimi qeyd olunmağa başlandı. Heydər Əliyev 2-ci dəfə hakimiyyətə qayıtmasaydı, 1918-1920ci ildə Azərbaycan Xalq Cümhuriyətinin taleyini Azərbaycan dövləti yaşayacaqdı və 1993-cü ildə Azərbaycanın müstəqilliyinə son qoyulacaqdı. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyini qoruyub saxladı. Azərbaycan çox ağır bir mərhələdən inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qurtuluş tərəqqi ilə əvəz olunub” .

Naqif Həmzəyev qeyd edib ki, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra 1994-cü il sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz müstəqilliyini əbədiləşdirdi. Deputatın sözlərinə görə, “Əsrin müqaviləsi” Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, müstəqilliyin qorunub saxlanılması üçün imzalanmış ən vacib iqtisadi müqavilə idi:

“Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etmir, həmçinin Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən əqliyyat dəhlizinin tam mərkəzində yerləşir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir beynəlxalq layihə həyata keçirilmir. zərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin vəsiyyətlərini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ulu öndərin ruhunun şad olması üçün önəmli addımlar atmaqda davam edir”.

Naqif Həmzəyev bildirib ki, Ulu öndər Heydər Əliyevin ruhu şaddır və bu Qurtuluş Günü daha fərəhlə, daha sevinclə qeyd edilir: “Növbəti il biz Qurtuluş Günümüzü Qarabağda keçirdəcəyik”.

Gülnarə Abasova, Editor.az