Narendra Modi istefa veribbackend

Narendra Modi istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın baş naziri Narendra Modi yeni kabinetin formalaşması ərəfəsində istefa verib.

Editor.az bildirir ki, bu barəə Hindistan hökumətinin mətbuat xidməti məlumat yayıb: “Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modidən və Nazirlər Kabinetindən yeni hökumət hakimiyyətə gələnə qədər işini davam etdirməyi xahiş edib”, – deyə press-relizdə bildirilir. Qanuna görə, Hindistan prezidenti qalib gələn partiyanın namizədinə hökuməti qurmağı tapşırmalıdır.

Bunun yenə də ardıcıl üçüncü dəfə baş nazir olacaq Narendra Modinin olacağı gözlənilir. Ümumi seçkilərdən sonra Modinin “Bharatiya Janata” Partiyasının rəhbərlik etdiyi hakim Milli Demokratik Alyans parlamentin aşağı palatasında çoxluğu qoruyub saxlayıb. Lakin müxalifətin İ.N.D.İ.A alyansı gözlənilmədən hakimiyyətdə olan partiya ilə mübarizə aparmağa və parlamentdə təmsilçiliyini xeyli artırmağa nail olub.

//Samir Qurbanov, Editor.az