Narinin atası: Qardaşı Enes ilə arxa oturacaqda əyləşmişdilərbackend

Narinin atası: Qardaşı Enes ilə arxa oturacaqda əyləşmişdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diyarbəkirdə Narin Güran cinayəti ilə əlaqədar aparılan istintaq çərçivəsində sərbəst buraxılan Arif Güran qızının öldürülməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edib.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Övladının itkin düşdüyünü qonşusundan öyrəndiyini deyən Arif Güran həyat yoldaşı və qardaşı da daxil olmaqla, cinayətdə iştirak edənlərin cəzalandırılmasını istəyib:

“Narin qardaşımın maşınına 1 dəfə oturub. Onda da qardaşı Enes ilə arxa oturacaqda əyləşiblər. Bu səbəbdən ön oturacaqda Narinə aid DNA nümunəsinin necə ola biləcəyi ilə bağlı heç nə deyə bilməyəcəm. Məsələnin araşdırılmasını, cinayətkar qardaşımdırsa belə cəzalandırılmasını tələb edirəm”.

O, qardaşı ilə həyat yoldaşı arasında münasibət məsələsinə də fikir bildirib:

“Qətiyyən aralarında nəsə olacağını düşünmürəm. Salimə güvəndiyimdən deyil, yoldaşıma güvəndiyim üçün. Ancaq istər yoldaşım, istərsə də qardaşım, bunu edən hər kimdirsə, cəzalandırılsın”.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dövşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. İstintaq çərçivəsində Narinin 1 və 2-ci dərəcəli qohumları olan 8 nəfər həbs olunub.