Qərb Ukraynada uduzur, ona görə də antiRusiya təxribatları ehtimalı çox yüksəkdir.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edib. Onun fikrincə, Qərbin təhrik etdiyi Ukrayna böhranı Ukraynanın müttəfiqlərinin hadisələrin gedişatını öz xeyrinə dəyişmək üçün ən iyrənc təxribatlara hazır olduğuna dair çoxsaylı nümunələr təqdim edir. Amma o, əmindir ki, Qərbin yeni antiRusiya təxribatları uzunmüddətli effekt verməyəcək. Onun sözlərinə görə, indi yalanlar çox tez aşkarlanır.
//Gülnarə Abasova, Editor.az

