Quru ağ şərab ən az təhlükəli spirtli içkidir.
Editor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva Elmi-Praktik Narkologiya Mərkəzinin tibb bölməsinin baş həkiminin müavini Alina Sazonova deyib. Onun fikrincə, insan orqanizmi üçün ən mənfisi güclü spirtli içkilərdir. Sazonova spirtli içkiləri şirin içkilər və şirin qidalarla birləşdirməməyi məsləhət gördü, çünki bu halda spirtin emalı ləngiyir.
Həkim həmçinin acqarına spirtli içki qəbul etməməyi məsləhət görüb, çünki bu, onun zəhərli təsirini artıracaq.
//Gülnarə Abasova, Editor.az