Narkotacirlərə və narkotik istifadəçilərinə bəd xəbərbackend

Narkotacirlərə və narkotik istifadəçilərinə bəd xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Əfqanıstanda xaşxaş becərilməsini qadağan edib. Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Xəbərə görə Taliban hakimiyyəti fermerlərə Əfqanıstanda xaşxaş becərməyi qadağan edib.

Hərəkatın ali lideri Heybətulla Axundzadənin sərəncamı yerli “Baxtar” xəbər agentliyi tərəfindən dərc edilib. Sərəncamda deyilir:

“Artıq bütün əfqanlar xaşxaş becərilməsi ilə bağlı ən sərt qadağa barədə məlumatlandırılıblar”. Sənəd həmçinin bütün növ narkotik vasitələrin, həmçinin narkotik tərkibli tabletlərin və spirtin istifadəsini, daşınmasını, ticarətini, ixracını və idxalını qadağan edir. Ölkədə mövcud olan bütün narkotik laboratoriyaları bağlanır. Qeyd edək ki, Əfqanıstan dünyanın aparıcı tiryək istehsalçılarından biridir.

Taliban ölkədə hakimiyyətə 2021-ci ilin avqustunda gəlib. Onlar hakimiyyətə gəldikdən sonra ölkəni “narkotikdən azad” edəcəklərinə söz vermişdilər.