Narkotikə görə tutulan idmançı azadlığa buraxıldıbackend

Narkotikə görə tutulan idmançı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan idmançı Fərid Zeynalabdinov azadlığa buraxılıb.

Bu barədə Trend-ə vəkil Aqil Layic məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində F.Zeynalabdinov barəsində Sabunçu rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Prosesdə şikayət araşdırılıb və təqsirləndirilən şəxs azadlığa buraxılıb.

F. Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qərarla razılaşmayan Fərid Zeynalabdinov barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə Bakı Apellyasiya Mhkəməsinə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub və Fərid Zeynalabdinov ev dustaqlığına buraxılıb.

Məhkəmə kollegiyası Fərid Zeynalabdinovun təhsilini və idmandakı gələcəyini nəzərə alaraq, ədalətli qərar çıxardığına görə onun ailə üzvləri və öz adından hakimə təşəkkür edib.

Xatırladaq ki, F.Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

O, həmçinin Yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb.