ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş sistemində indiyə qədər görülmüş ən böyük kometanı kəşf etdiyini açıqlayıb.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın verdiyi açıqlamada ilk dəfə 2010-cu ildə aşkarlanan və varlığı Hubble Kosmik Teleskopu ilə təsdiqlənən kometin eninin 137 kilometr, çəkisinin isə təxminən 500 trilyon ton olduğu bildirilib.
Normaldan 50 dəfə böyük olan komet, onu kəşf edən astronomlar Pedro Bernardinelli və Qari Bernşteynin şərəfinə Bernardinelli-Bernstein adlandırılıb. Kometanın saatda 35 min kilometr sürətlə hərəkət etdiyi, lakin Yer üçün təhlükə yaratmadığı açıqlanıb.
Alimlər kometin 1 milyon ildən artıqdır ki, Günəşə tərəf çəkildiyini düşünürlər.Bernardinelli-Bernstein 2031-ci ildə Yerə ən yaxın olacaq. Lakin o zaman da kometa Yerdən 1,6 milyard kilometr aralıda yerləşəcək.
Qeyd edilib ki, kometa indi Günəşdən təxminən 3 milyard kilometr uzaqdadır və demək olar ki, Günəş sisteminin müstəvisinə perpendikulyar düşür.
//Gülnarə Abasova, Editor.az

