NASA xəbərdarlıq etdi: Dünya fəlakətlə üz-üzədirbackend

NASA xəbərdarlıq etdi: Dünya fəlakətlə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA-nın yeni araşdırmaları göstərir ki, dünya artan iqlim fəlakətləri ilə əlaqədar təhlükə altındadır.

Quraqlıqların və daşqınların intensivliyi artacaq. Tədqiqatlara görə, qlobal temperaturun rekord səviyyəyə yüksəlməsi ilə əlaqədar olaraq, bütün dünyada uzun sürən quraqlıqlardan şiddətli daşqınlara qədər təbii fəlakətlərin intensivliyi son iyirmi ildə artıb.

NASA hidroloqu Metyu Rodell 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, iqlim dəyişikliklərinin miqyasını, müddətini və şiddətini təhlil edib. 505 ekstremal rütubətli və 551 həddindən artıq quru iqlim hadisəsinin təxminən 70%-i altı ay və ya daha az, təxminən 10%-i isə bir ildən çox davam edib.

Müəyyən edilib ki, bu ekstremal hadisələrin intensivliyi və tezliyi 2015-ci ildən başlanan və rekord qıran qlobal istiləşməyə doğru xeyli artıb.”Dünya istiləşdikcə, biz bütün rütubətli və quru iqlim hadisələrinin daha böyük qlobal intensivliyini görəcəyik, bu da onların daha tez-tez, daha böyük və daha şiddətli olacağı deməkdir”, – tədqiqatçı deyib. Məlumata görə, BMT alimləri də bu yaxınlarda belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi kimi, hər 10 ildə bir dəfə baş verə bilən quraqlıqlar indi 70% daha tez-tez baş verir; əvvəllər hər 10 ildən bir baş verən güclü yağışlar isə indi 30% daha çox olur.

  //Samir Qurbanov,Editor.az