NASA alimləri “Mark in the Galaxy” adlı layihə çərçivəsində nəşr olunan araşdırmada yadplanetliləri cəlb etmək ümidi ilə çılpaq insanların şəkillərinin kosmosa göndərilməsi fikrini ortaya atıblar.
Editor.az ABŞ mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, görüntülərin çılpaq insanların fotoşəkilləri deyil, DNT rəsminin yanında tapılan çılpaq kişi və qadınların şəkilləri olduğu bildirilib. Şəkillərdəki kişi və qadınların daha çəkici görünməsi üçün onlar əl edərkən təsvir edilib. Layihənin əsas məqsədi kosmosun dərinliklərində olma ehtimalı olan yadplanetlilərə mesaj verməkdir.
Alimlər düşünürlər ki, çılpaq kişi və qadınların əllərini yelləyən şəkilləri insanlara yadplanetlilərlə ünsiyyət qurmağa kömək edə bilər. Sözügedən təsvirlərdə əlavə olaraq mesajda cazibə təsvirləri də var.
//Gülnarə Abasova, Editor.az

