Qara dənizdə düşmənin yaylım atəşi sistemlərinin görünməməsi, quruda yeni raket zərbələrinə hazırlığın göstəricisi ola bilər.
Editor.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin “Cənub” Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk informasiya telemarafonunun efirində bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu quruda vəziyyəti daha da ciddi şəkildə izləyəcək.
Çünki Qara dənizdə bir neçə gündür heç bir reaktiv daşıyıcı qurğu qeydə alınmayıb ki, bu da onların döyüş tapşırıqlarını yerinə yetirmək üçün baza məntəqələrində təlim keçdiyinə işarədir. Qumenyuk bildirib ki, Qara dənizdə düşmən gəmilərinin qruplaşması daha bir vahid azalsa da, akvatoriyada kritik dəyişiklik baş verməyib. İşğalçılar fırtınadan qorunmaq üçün gəmiləri bazalara aparıblar.
//Samir Qurbanov,Editor.az