Natavan İbrahimovanın rəhbərlik etdiyi mağazalar şəbəkəsi qanunvericiliyi pozdu, nazirlik protokol tərtib etdibackend

“Oba market” qanunvericiliyi pozdu, nazirlik protokol tərtib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA market” MMC-ni tullantılar haqqında qanunvericiliyin tələblərindən birini pozduğu üçün cərimələyib.

Nazirlik şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

 

Daha sonra protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə iş araşdırılıb.

 

Məhkəmənin qərarı ilə “OBA market” tullantılar haqqında qanunvericiliyin tələblərindən birini pozduğu üçün cərimələnib.

 

Xatırladaq ki, tullantılar haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir.