NATO baş katibi: “Gürcüstan Rusiyanı dayandırmaq üçün daha ​​çox şey etməlidibackend

NATO baş katibi: “Gürcüstan Rusiyanı dayandırmaq üçün daha ​​çox şey etməlidi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Gürcüstan hakimiyyətini “Rusiyanı dayandırmaq” üçün “daha çox iş görməyə” çağırıb.

Editor.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib. Onun sözlərinə görə, NATO Gürcüstan hakimiyyətinin ukraynalı qaçqınlara sığınacaq verilməsində yardımını bəyənir, lakin o, bunun yetərli olmadığını düşünür. Bundan əvvəl İspaniyanın “El Pais” qəzeti NATO əsgərlərinin artıq Ukraynada olduğunu bildirmişdi. Məqalədə deyilir ki, Fransanın Rusiyaya qarşı hərbi qüvvələr göndərə biləcəyi barədə açıqlaması Ukraynanın silahlara nəzarət, kəşfiyyat əməliyyatları və təlim üçün artıq orada NATO qoşunlarının olduğunu təsdiqləməklə müzakirələrə başlayıb.

//Gülnarə Abasova, Editor.az