NATO Baş katibi Putinin yeni silahını açıqladıbackend

NATO Baş katibi Putinin yeni silahını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq 29-30 noyabr 2022-ci il tarixlərində Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısından əvvəl Rumıniya Prezidenti Klaus İohannis ilə birgə mətbuat konfransı keçirib.

Editor.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Stoltenberq bildirib ki, Rusiya prezidenti Vladimir Putin qış mövsümündən Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır. O qeyd edib ki, Rusiyanın Ukraynanın elektrik şəbəkəsi və təbii qaz infrastrukturuna hücumları davam edəcək.

Stoltenberq deyib ki, NATO Xarici işlər nazirləri Ukraynaya mümkün dəstək yollarını müzakirə edəcəklər: “Putinin qalib gəlməsinə imkan verə bilmərik. Bu, dünyaya güc tətbiq etməklə hədəflərə çata bilmək mesajını verir” .

NATO baş katibi bildirib ki, xarici işlər nazirləri iki günlük iclasda Rusiyanın təzyiq altında olan Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya göstəriləcək yardımlar da müzakirə ediləcək. veriləcək yardımı da müzakirə edəcəklər.

Çıxış edən Rumıniya Prezidenti Klaus İohannis ölkəsinin NATO-nun kollektiv müdafiəsinə mühüm töhfələr verməyə davam edəcəyini vurğulayıb.

NATO və müttəfiq ölkələrin Rumıniyada əhəmiyyətli qüvvələr yerləşdirdiyini bildirən İohannis, Rumıniyanın hazırda təxminən 5 min müttəfiq əsgərinə ev sahibliyi etdiyini bildirib.

Jurnalistin sualına cavab verən İohannis çox sayda müttəfiq qoşununa ehtiyac olduğunu vurğulayıb: “Lakin bu da kifayət deyil. Möhkəm çəkindirmə və müdafiəni təmin etmək üçün hərbi təchizata, daha doğrusu, əvvəlcədən yerləşdirilmiş hərbi təchizata ehtiyac var”.

Prezident Madrid Zirvə toplantısında qəbul edilən qərarları “olduqca ümumi” olaraq xarakterizə edib: “Mümkün hücum anında hansı qoşunların göndəriləcəyini çox dəqiq bilmək lazımdır. Konkret planlara ehtiyac var. Bu cür qərarları sona saxlaya bilmərik”.

//Samir Qurbanov, Editor.az