NATO baş katibi: Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcəkbackend

NATO baş katibi: Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə davam edə bilər. Lakin bu, Ukraynanı ən qabaqcıl silahlarla təmin etmək və Donbası Rusiyanın nəzarətindən azad etmək şanslarını artıracaq.

Editor.az xəbər verir ki, bu sözləri alyansın baş katibi Yens Stoltenberq Almaniyanın həftəlik “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.
“Biz müharibənin illərlə davam edəcəyinə hazırlaşmalı və Ukraynaya dəstəyi dayandırmamalıyıq. Xərclər yüksək olsa da, enerji və ərzaq qiymətlərinin artsa da, hərbi dəstəyimizi azaltmamalıyıq”.

Stoltenberq onu da bildirib ki, iyun ayının sonunda Madriddə keçiriləcək NATO sammitində ölkənin köhnə sovet silahlarından NATO standartı avadanlıqlarına keçməsinə kömək edəcək Ukraynaya yardım paketinin razılaşdırılması gözlənilir.

Editor.az